09 May 2025, 16:41
FUTBOL
Xabi Alonso mövsümün sonunda "Bayer"in baş məşqçisi postundan ayrılacaq.
Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb. İspan mütəxəssisin "Real"ın baş məşqçisi təyin olunacağı gözlənilir.
Qeyd edək ki, Xabi Alonso 2022-ci ildən "Bayer"i çalışdırır. Leverkuzen təmsilçisi ötən mövsüm onun rəhbərliyi altında Almaniya çempionu olub.