09 May 2025, 12:14
FUTBOL
"Çelsi" heyətini yeni hücumçu ilə gücləndirməyi planlaşdırır.
Matc.az "Mercato"ya istinadən xəbər verir ki, London klubu "Strasburq"da çıxış edən Emanuel Emeqanı transfer etmək istəyir.
"Çelsi" niderlandlı forvard üçün Fransa klubu ilə danışıqlara başlayıb. 22 yaşlı futbolçunun İngiltərə klubuna keçmək ehtimalı yüksək qiymətləndirilir.
Qeyd edək ki, "Strasburq" Emmanuel Emeqanı 2023-cü ilin yayında "Şturm Qraz"dan transfer edib. Niderland U-21 millisinin üzvü bu mövsüm Liqa 1 təmsilçisinin heyətində keçirdiyi 29 oyunda 14 qol vurub, 3 assist edib.