10 Aprel 2025, 14:00
FUTBOL
Robert Levandovski Çempionlar Liqasının pley-off mərhələsindəki qol sayında 3-cü pilləyə yüksəlib. Matc.az xəbər verir ki, polşalı forvard sabiq “Real”lı Kərim Benzemanı geridə qoyub.
“Barselona”nın hücumçusu 1/4 final mərhələsində Dortmund “Borussiya”sı ilə (4:0) ilk matçda dubl müəllifi olub. Hazırda Levanın pley-offdakı qollarının sayı 34-dü. Onu yalnız Kriştianu Ronaldo (67 qol) və Lionel Messi (49 qol) qabaqlayır.
Levandovski həm də Çempionlar Liqasında 131-ci görüşündə 105-ci qolunu vurub. Bu göstəricilərdə də sadəcə Kriştianu Ronaldo (140 qol) və Lionel Messi (129 qol) ondan öndədi.