10 Aprel 2025, 13:22
FUTBOL
“Marsel” “Milan”dan icarəyə götürdüyü yarımmüdafiəçi İsmail Benasserlə bağlı qərarını qətiləşdirib. Matc.az xəbər verir ki, Fransa klubu Əlcəzair millisinin üzvünün transfer hüquqlarını almaq istəyir.
“Marsel” rəhbərliyi ən geci mövsümün sonuna qədər 27 yaşlı oyunçunun keçidini həll etməyə çalışır. Bu keçid 12 milyon avro dəyərində göstərilir. Həmçinin əlavə 3 milyon avro bonus da müqavilə şərtlərində yer alıb.
Qeyd edək ki, İsmail Benasser 2019-cu ildən “Milan”a məxsusdu.