08 Aprel 2025, 22:02
FUTBOL
Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında üçüncü oyununu keçirib.
Matc.az xəbər verir ki, C Liqasının IV qrupunda yer alan yığmamız səfərdə Monteneqro ilə üz-üzə gəlib.
Niksiç şəhər stadionunda baş tutan qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb.
Qeyd edək ki, qrupda hərəyə 5 xalı olan Azərbaycan və Moneneqro birinci və ikinci yerləri bölüşürlər. Sonuncu pillədə qərarlaşan Litvanın isə aktivdə xal yoxdur.
UEFA Millətlər Liqası
Qadınlar, C Liqası, IV qrup
8 aprel
Monteneqro – Azərbaycan - 1:1
Qollar: Djokoviç, 90+2 // Nanə Mollayeva, 54
Hakimlər: Marta San Juan, Karlos Qonçalves, Luis Akosta, Antoni Çiaramonti (hamısı Andorra)
Niksiç şəhər stadionu.