"Barselona" müdafiəçi İniqo Martinesin sözləşməsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müqaviləsi bu yay başa çatacaq Martines növbəti mövsümünün sonuna kimi komandada qalacaq.

Qeyd edək ki, İniqo Martines 2023-cü ilin yayından "Barselona"da çıxış edir. 33 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Kataloniya klubunda 33 rəsmi matçda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest