“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Olimpiakos” futbolçusu Rodineylə əməkdaşlığı davam etdirmək qərarına gəlib. Matc.az xəbər verir ki, tərəflər arasında yeni müqavilə imzalanıb.

Rodiney daha 3 il Pirey təmsilçisinin formasını geyinəcək.

Braziliyalı futbolçu 2022-ci ildən "Olimpiakos"da oynayır. O, bu mövsüm Yunanıstan Superliqasında 4 oyunda 1 qol vurub, 1 qol ötürməsi verib.

Qeyd edək ki, “Qarabağ” “Olimpiakos”la yanvar 30-da səfərdə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest