"Quba” klubu heyətinə yeni basketbolçu qatıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi ABŞ-dən olan Malik Raşad Hant ilə razılığa gəlib. Tərəflər arasında 1 illik müqaviləyə qol çəkilib.

Qeyd edək ki, Malik Raşad Hant karyerası ərzində “Mulege Mineyros” (Meksika), “Ginasio Olhanense” (Portuqaliya), “Sky Money Kinqs” (Çin), “Əl-Vatba” (Suriya), “Sorokaba” (Braziliya) və “İmportadora Alvarado” (Ekvador) klublarında oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest