"Mançester Siti"nin hücumçusu Erlinq Haaland İngiltərə Premyer Liqası tarixində mövsümün dörd start oyununda 9 qol vuran ilk oyunçu olaraq unikal nailiyyətə imza atıb.

Matc.az xəbər verir ki, Premyer Liqanın 4-cü turunda "Mançester Siti" doğma meydanda "Brentford"a 2:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin heyətində hər iki qolu Erlinq Haaland vurub. O, daha əvvəl bu mövsüm iki het-trik etmişdi.

Qeyd edək ki, "Mançester Siti" 2024/2025 mövsümündə İngiltərə Premyer Liqasının turnir cədvəlində birinci yerdədir. Komanda dörd görüşdə 12 xal toplayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest