11 Sentyabr 2024, 14:15
FUTBOL
İngiltərə Premyer Liqasının klubları “Bayer”in və Almaniya millisinin müdafiəçisi Conatan Ta ilə maraqlanır. Matc.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Bildirilib ki, futbolçu “Liverpul”, “Mançester Yunayted”, “Çelsi” və “Tottenhem”in transfer gündəmindədi. Yay fasiləsində bu keçid üçün çalışan “Bavariya”nın isə cəhdləri uğursuz nəticələnincə, münhenlilər transferdən imtina ediblər.
Qeyd edək ki, Conatan Ta 2015-ci də “Hamburq”dan “Bayer”ə keçib. 28 yaşlı müdafiəçinin leverkuzenlilərlə müqaviləsi mövsümün sonuna qədərdi.