07 Sentyabr 2024, 15:17
FUTBOL
"Liverpul"un və Şotlandiya millisinin sabiq futbolçusu Ron Yeyts dünyasını dəyişib.
Matc.az xəbər verir ki, bu barədə ingilis klubunun mətbuat xidməti məlumat yayıb.
Son illərdə 86 yaşlı Yeyts Alzheimer xəstəliyindən əziyyət çəkirdi.
Xatırladaq ki, Yeyts 1961-1971-ci illərdə "Liverpul"da çıxış edib. O, komanda ilə birlikdə iki dəfə İngiltərə çempionu, ölkə kubokunun qalibi, üç dəfə İngiltərə Superkubokunun qalibi olub. Yeyts klubun heyətində bütün yarışlarda 454 oyun keçirib.