İspaniya millisi və “Leypsiq”in yarımmüdafiəçisi Dani Olmo karyerasını “Barselona”da davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər 2030-cu ilin yayına qədər müqavilə imzalayıblar.

Transferin maliyyə təfərrüatları açıqlanmayıb. Qeyri-rəsmi məlumata görə, “Barselona” bu transfer üçün 55 milyon avro ödəyib, üstəlik 7 milyon avronu da bonus kimi ödəyə bilər.

Qeyd edək ki, 2023/24 mövsümündə futbolçu “Leypsiq”in heyətində bütün yarışlarda 25 oyun keçirib, 8 qol vurub və 3 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı Olmonun dəyərini 60 milyon avro qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest