“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Konfrans Liqasının III təsnifat mərhələsində “Sent Patriks Atletik”lə (İrlandiya) ilk oyun öncəsi mətbuat konfransında iştirak edib.
Matc.az xəbər verir ki, Renduliç sabah qalib gələcəklərinə inandığını deyib.
“Qarşıda bizi çox çətin və ağır oyun gözləyir. Rəqibin müəyyən üstünlükləri var. Onların öz çempionatları edir və 26 oyun keçiriblər. Fiziki cəhətdən bir balaca daha üstündürlər. İnanırıq ki, sabahkı çətin, ağır oyundan qalib ayrılacağıq. Sabah əlimizdən gələnin ən yaxşısını edəcəyimizə söz veririk. Vuruşacağıq ki, növbəti mərhələyə yüksələn tərəf biz olaq” - deyə o bildirib.
Qeyd edək ki, sabah keçiriləcək “Sent Patriks Atletik” – “Sabah” matçı Bakı vaxtı ilə saat 22:45-da başlayacaq.