07 Avqust 2024, 13:00
FUTBOL
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Matc.az xəbər verir ki, o, Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 15-də keçiriləcək “Şerif” (Moldova) - “Olimpiya” (Sloveniya) görüşünün hakim-inspektoru olacaq.
İtaliyalı baş hakim Mauritsio Marianinin idarə edəcəyi qarşılaşma Tiraspol şəhərində yerləşən “Şerif Arena”da baş tutacaq.