İrlandiya millisi ilə yoldaşlıq görüşü Portuqaliya millisi və Səudiyyə Ərəbistanı klubu “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.

Matc.az xəbər verir ki, 39 yaşlı futbolçu 1226 oyunluq göstərici ilə Braziliya yığması və “San Paulo”nun sabiq qapıçısı Rojerio Seninin rekordunu (1225 oyun) geridə qoyub. Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) məlumat yayıb.

Bildirilir ki, Ronaldo Portuqaliya, İngiltərə, İspaniya, İtaliya və Səudiyyə Ərəbistanı çempionatlarında 698 matçda iştirak edib. Həmçinin, bu ölkələrin kubok turnirlərində və Superkubok matçlarında 101 dəfə meydana çıxıb. Bundan əlavə, o, beynəlxalq klub turnirlərində 220, Portuqaliya millisində isə 207 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest