11 İyun 2024, 21:25
FUTBOL
Qazaxıstan yığmasının baş məşqçi əvəzi Ruslan Baltiyev Azərbaycana məğlubiyyətdən sonra mətbuat konfransında oyunu şərh edib.
Matc.az xəbər verir ki, Baltiyev komandasının Azərbaycanın qapısına iki qol vurduqdan sonra arxıyınaşmək fikrində olmadığını deyib.
“İstənilən halda, məğlub olmaq xoşagəlməzdir. Bu, məşqçilər üçün çətin oyundur. Həm bizim, həm də rəqibin səhvləri çox oldu. Belə bir məğlubiyyət gələcək iş üçün stimul verir. Hər məğlubiyyət işinizi təhlil etmək üçün bir fürsətdir. Ola bilsin ki, biz hardasa uşaqlara nəsə çatdırmamışıq. Sakitləşib, oyundan soyumaq fikrində deyildik. Yəqin ki, yoldaşlıq oyununda uğursuz məğlubiyyət oldu" – Baltiyev deyib.