11 İyun 2024, 20:12
FUTBOL
“Latsio” Marko Baroninin baş məşqçi təyin olunduğunu açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Roma klubunun mətbuat xidməti paylaşıb.
Bildirilir ki, 60 yaşlı mütəxəssislə uzunmüddətli müqavilə imzalanıb.
Qeyd edək ki, Baroni ötən mövsüm “Verona”da çalışıb və komandanı B Seriyasına düşməməkdə kömək edib.