Növbəti mövsüm üçün heyətini formalaşdıran “Araz-Naxçıvan” müqavilə müddəti bitən 13 futbolçu ilə vidalaşıb. Matc.az xəbər verir ki, Abdulla Rzayev və İldar Alekperovun icarə müqaviləsinin müddəti başa çatdığına görə, hər iki futbolçu “Sabah”ın düşərgəsinə qayıdıb.

Semir Bukviç, Numan Kurdiç, Turan Manafov, Zamiq Əliyev, Aksel Nqando, Tural Bayramlı, İsmail Azzaui, Mohammed Kadiri, Elvis Maşike, Nicat Süleymanov və Orxan Əliyevlə isə yeni anlaşma imzalanmayıb.

Qeyd edək ki, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli və Miço Küzmanoviçlə yeni sözləşmə imzalayan “Araz-Naxçıvan” Tərlan Əhmədli, Urfan Abbasov, Ülvü İsgəndərov və Ömər Buludovu da heyətinə qatıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest