"Azərbaycan çempionatı artıq bitib. Bir çox azərbaycanlı futbolçu artıq məzuniyyətə gedir və ya zədəsini bərpa edir. Bizim futbolçular daha yaxşı formadadılar, çünki yerli çempionat davam edir".

Qazaxıstanın futbol veteranı Bulat Esmaqambetov ölkəsinin milli komandasının Azərbaycanla keçirəcəyi yoldaşlıq oyununa toxunub. Matc.az xəbər verir ki, o, Qazaxıstan mətbuatına açıqlamasında hazırda daha yaxşı formada olduqlarını bildirib.

“Azərbaycan çempionatı artıq bitib. Bir çox azərbaycanlı futbolçu artıq məzuniyyətə gedir və ya zədəsini bərpa edir. Bizim futbolçular daha yaxşı formadadılar, çünki yerli çempionat davam edir. Rəqibimizi yaxşı tanıyırıq, çünki onlarla bu yaxınlarda Millətlər Liqasında qarşılaşmışıq. Sonda biz qrupda birinci, Azərbaycan isə ikinci olmuşdu. Bu komandalarda həmin vaxtdan ciddi dəyişikliyin olduğunu düşünmürəm. Qazaxıstan Azərbaycandan daha yaxşı futbol oynayır. Komandamız bu matçda qələbə qazanmalıdı”, - deyə B.Esmaqambetov bildirib.

Qeyd edək ki, millimizin Qazaxıstanla qarşılaşması sabah keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest