“Udineze”nin müdafiəçisi Yaka Biyol İtaliyada klubunu dəyişməyi düşünür. Matc.az xəbər verir ki, 25 yaşlı müdafiəçinin karyerasını “İnter”də davam etdirmək şansı çoxdu.

Milan klubu Sloveniya millisinin üzvünü Françesko Açerbi və ya Stefan de Vriyə layiqli əvəzləyici gözündə görür. “Udineze” isə bu transferdən təxminən 15-20 milyon avro qazanmaq niyyətindədi.

Qeyd edək ki, Yaka Biyol 2022-ci ildən “Udineze”nin formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest