“Sauthempton” Teylor Harvud-Bellisi “Mançester Siti”dən 23 milyon avroya alıb.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 22 yaşlı mərkəz müdafiəçisi əvvəllər icarə əsasında "Sauthempton"da çıxış edib. Harvud-Bellis “şəhərlilər”in yetirməsidir, lakin o, “Mançester Siti”nin əsas komandasında heç bir oyun keçirməyib.

Xatırladaq ki, "Sauthempton" mövsümün sonunda Premyer Liqaya vəsiqə qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest