AFFA-nın prezidenti Rövşən Nəcəf Premyer Liqanın XXXVI turunun “Araz-Naxçıvan” – “Qarabağ” oyunundan öncə ağdamlıların bazasını ziyarət edib. Matc.az xəbər verir ki, bu barədə Azərbaycan çempionu sosial şəbəkə vasitəsilə paylaşım edib.

Bildirilib ki, ziyarət zamanı klub rəsmiləri Əmrəh Çəlikəl, Asif Əsgərov və Rafiq Şahverdiyev AFFA prezidentini bazada yaradılmış şəraitlə tanış ediblər. "Qarabağ"ın baş direktoru Əmrah Çəlikel Rövşən Nəcəfə komandanın imzalı formasını təqdim edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest