Avropa Liqasınnın simvolik yığmasına finalçılar - “Atalanta” və “Bayer”in hər birindən 4 futbolçu daxil olub.

Avropa Liqasında 2023/2024 mövsümünün simvolik yığması açıqlanıb.

Matc.az xəbər verir ki, bu barədə UEFA rəsmi saytı məlumat paylaşıb.

Simvolik yığmaya finalçılar - “Atalanta” və “Bayer”in hər birindən 4 futbolçu daxil olub.

Qapıçı: Mile Svilar (“Roma”).

Müdafiəçilər: Berat Djimsiti (“Atalanta”), Conatan Ta (“Bayer”), Canluka Mançini (“Roma”).

Yarımmüdafiəçilər: Matteo Ruggeri, Teun Koopmeiners (hər ikisi “Atalanta”), Qranit Xaka, Ceremi Frimponq (hər ikisi “Bayer”).

Hücumçular: Ademola Lukman (“Atalanta”), Pyer-Emerik Obameyanq (“Marsel”), Florian Virts (“Bayer”).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest