25 May 2024, 00:41
FUTBOL
"Barselona" baş məşqçisi Xavini istefaya göndərdiyi üçün ona təzminat ödəməlidir.
Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin ödəməli olduğu məbləğ 15 milyon avrodur. Lakin, Xavinin bu məbləğin yalnız yarısını, yəni 7,5 milyon avronu istəyəcəyi ümid edilir. Məbləğin qalan yarısı isə "Barselona"nın heyətinə ödəniləcək.
Klubun maddi böhran yaşaması səbəbindən rəhbərlik ispaniyalı mütəxəssisin təzminatın yarısından imtina edəcəyini gözləyir.