İtaliya A Seriyasında 2023/2024 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.

Matc.az xəbər verir ki, “İnter”in 26 yaşlı hücumçusu Lautaro Martinez cari mövsümün ən yaxşı oyunçusu seçilib.

Argentinalı hücumçu 33 oyunda iştirak edib, 24 qol vurub və 6 məhsuldar ötürmə edib. Ümumilikdə Martinez 2667 dəqiqə meydanda qalıb.

Qeyd edək ki, 26 yaşlı futbolçunun klubla müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest