AFFA Region Liqasında 2023/2024 mövsümünə yekun vurulub.

Matc.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan həlledici qarşılaşmada “Şimal” və “Hypers” komandaları üz-üzə gəlib. Görüşün əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında isə daha dəqiq olan Xaçmaz təmsilçisi çempion olub.

Qeyd edək ki, “Şimal” növbəti mövsüm II Liqada mübarizə aparacaq. “Hypers” isə II Liqaya yüksəlmək üçün "Şəfa" klubu ilə pley-off matçı keçirəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest