“Mançester Yunayted” baş məqşçisi Erik ten Haq ilə yollarını ayıracaq.

Matc.az xəbər verir ki, hətta sabah baş tutacaq İngiltərə kubokunun finalında “Mançester Siti” üzərində qələbə qazansalar belə, qərar dəyişməyəcək.

Xatırladaq ki, hollandiyalı mütəxəssis 2022-ci ilin iyulundan “qırmızı şeydanlar”a rəhbərlik edir.

Qeyd edək ki, “mankunianlar” cari mövsümünün yekununda cəmi 60 xal toplayaraq səkkizinci yeri tutub. Bu isə son 34 ilin ən pis nəticəsidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest