"Fənərbaxça"nın hücumçusu Mişi Batşuayi ölkəsindən təklif alıb. Matc.az xəbər verir ki, belçikalı futbolçu ilə "Brügge" yaxından maraqlanır.

Adıçəkilən klub 30 yaşlı forvarda rəsmi təklif göndərib. Tərəflər arasında danışıqların getdiyi bildirilir.

Batşuayinin İstanbul təmsilçisi ilə müqaviləsi yayda bitir. Bununla belə, sözləşmədəki bəndə əsasən, “Fənərbaxça” istəsə, sazişin müddətini 1 illik uzada bilər.

Qeyd edək ki, Mişi Batşuayi "Fənərbaxça"ya 2022-ci ildə "Çelsi"dən keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest