Kilian Mbappe Madriddə özünə yeni mülk alıb.

Matc.az xəbər verir ki, fransız futbolçunun 18 milyon avroya aldığı malikanə Madridin La Moralexa rayonunda yerləşir.

Mbappenin məhz bu rayonu seçməsinə səbəb kimi, “Real”ın bazasına oradan avtomobillə cəmi 5 dəqiqəlik məsafənin olduğu göstərilir.

Ulduz futbolçunun yeni qonşuları isə aktyor Riçard Gir və Serxio Ramos olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest