Azərbaycan Premyer Liqasının son turu çərçivəsində mayın 26-da baş tutacaq “Araz-Naxçıvan” - “Qarabağ” oyununun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, azarkeşlər bu gün saat 12:00-dan etibarən iticket.az-da onlayn şəkildə bilet almaq hüququna yiyələniblər.

Biletlərin qiyməti sektorlara görə dəyişir. Qiymətlər qapıarxası və künclərdə yerləşən sektorlar üçün 3 manat, mərkəzi sektorlar üçün 7 manatdır. VIP biletləri isə 15 manata almaq mümkündür.

Oyun günü “Azersun Arena”nın kassasında da biletlər satışda olacaq. Qapılar azarkeşlər üçün qarşılaşmanın start fitindən 90 dəqiqə öncə açılacaq.

Qeyd edək ki, saat 19:30-da start götürəcək matçdan sonra çempionun və bombardirin mükafatlandırma mərasimi keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest