"Bolonya"nın baş məşqçisi Tiaqo Motta "Yuventus"a rəhbərlik etməyə razılaşıb.

Matc.az xəbər verir ki, 41 yaşlı mütəxəssis 3 illik müqavilə imzalayacaq. O, hər ilinə 5 milyon avro maaş alacaq.

Qeyd edək ki, Turin təmsilçisi “Bolonya”ya komandasına heç nə ödəməyəcək, çünki Mottanın hazırkı müqaviləsinin vaxtı iyunun 30-da sona çatır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest