AFFA tərəfindən Azərbaycan milli komandaları, Misli Premyer Liqası və I Liqa klublarının həkimləri üçün UEFA-nın Football Education Proqramına əsasən “Futbolda zədələr” adlı seminar təşkil olunub. Matc.az xəbər verir ki, seminar 20-21 may tarixlərində baş tutub.

AFFA-nın inzibati binasında reallaşan seminara Azərbaycan milli komandasının baş həkimi Vyaçeslav Xomenko rəhbərlik edib. Milli komandanın həkimləri Olcay Bayramov və Fuad Səfərov da seminarda çıxış ediblər.

Seminarın keçirilməsində məqsəd komandalarda çalışan tibbi heyətin biliyini daha da təkmilləşdirmək, futbolda tez-tez baş verən zədələr və bunun UEFA standartlarına uyğun həlli yolları ilə həkimləri tanış etmək olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest