“Mançester Yunayted”in əfsanəvi futbolçusu Devid Bekhem “Liverpul”un baş məşqçisi Yurgen Kloppun istefasına münasibət bildirib. Matc.az xəbər verir ki, ingiltərəli futbol funksioneri buna üzüldüyünü etiraf edib.
ABŞ-ın “İnter Mayami” klubunun sahibi olan Bekhem almaniyalı mütəxəssisə təklif göndərmək üçün kifayət qədər büdcələrinin olmadığını sözlərinə əlavə edib: “Mançester Yunayted” azarkeşi kimi mən də Yurgeni sevirəm. Onun xarakterini, şəxsiyyətini və idmana gətirdiklərini bəyənirəm. “Mançester Yunayted”dəki bəzi dostlarım məni öldürəcək. Amma onun getdiyini görəndə çox kədərləndim. Kloppun “Liverpul” və ölkə idmanı üçün etdikləri inanılmaz idi. Onu “İnter Mayami”yə dəvət edərəmmi? Bizim çox pulumuz qalmayıb”.
Qeyd edək ki, Yurgen Klopp 2015-ci ildən bu ilin yayına qədər “Liverpul”u çalışdırıb.