İyunun 2-də “Qarabağ” və “Zirə” arasında “Liv Bona Dea Arena”da Azərbaycan Kubokunun final oyunu keçiriləcək. Matc.az xəbər verir ki, görüşdən əvvəl Xalq artisti Aygün Kazımovanın iştirakı ilə konsert proqramı təşkil olunacaq.

Tədbir saat 19:00-da başlayacaq.

Matçın biletlərinin satış tarixi də müəyyənləşib. Belə ki, qarşılaşmanın biletləri mayın 25-dən “Liv Bona Dea Arena” və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq. Biletlərin qiymətləri yerlərdən asılı olaraq 5, 10, 15 və 50 manatdı.

Qeyd edək ki, görüş saat 20:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest