22 May 2024, 12:12
FUTBOL
Müdafiəçi Simon Kyaer “Milan”ı tərk edib. Matc.az xəbər verir ki, bu barədə “rossonyerlər”in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Danimarka millisinin futbolçusu ilə iyunun sonuna qədər olan müqavilə yenilənməyəcək. Bu da o deməkdi ki, 35 yaşlı mərkəz müdafiəçisi azad agent kimi istənilən kluba keçə bilər.
Qeyd edək ki, Simon Kyaer 2020-ci ildən “Milan”da çıxış edir. O, İtaliya klubunun heyətində 120 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə verib.