Braziliya millisinin və “Barselona”nın sabiq hücumçusu Romario maraqlı açıqlama ilə diqqət çəkib. Matc.az xəbər verir ki, 58 yaşlı mütəxəssis indiki futbolçuları tənqid edib.

Onun fikrincə, hazırkı dövrdə futbol oynamaq daha asandı: “Düşünürəm ki, bu gün meydanda daha uğurlu olaram. Çünki müasir futbolçular çox axmaqdı, çox qaçırlar. Mənim vaxtımda da yaxşı fiziki formada olmalı idin. Amma oyunçular daha texnikalı və ağıllı idilər. Əminəm ki, bu gün 2000-dən çox qol vurardım”.

Qeyd edək ki, Romario karyerası ərzində klub səviyyəsində keçirilən bütün turnirlərdə 300 oyunda 225 qol vurub, 36 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest