22 May 2024, 10:41
FUTBOL
“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram və “Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi yenidən Moldova millisinə çağırılıb. Matc.az xəbər verir ki, onlar yığmanın qarşıdakı yoldaşlıq görüşlərində iştirak edə biləcəklər.

Baş məşqçi Sergey Kleşenko ümumilikdə 25 oyunçuya dəvət göndərib.
Moldovalılar iyunun 8-də Kipr, 11-də isə Ukrayna ilə qarşılaşacaq. Hər iki oyun Kişinyovda keçiriləcək.