20 May 2024, 20:49
FUTBOL
Türkiyə Superliqasının 37-ci turu çərçivəsində keçirilən “Qalatasaray” – “Fənərbaxça” matçı zamanı ixtişaş törədən, meydançaya yad əşyalar, fişəng atan azarkeşlər təsbit edilib.
Matc.az xəbər verir ki, İstanbul derbisində polis əməkdaşları qaydalara əməl etməyən azarkeşləri aşkar etmək üçün araşdırma aparıb və qanunlara riayət etməyən 35 nəfər barəsində qanuni tədbir görüb.
Qeyd edək ki, gərgin keçən matçda qonaq komanda minimal hesabla qələbəyə sevinib – 0:1.