"Bavariya"nın və Almaniya yığmasının hücumçusu Tomas Müller 2024-cü ildə keçiriləcək Avropa çempionatı ilə bağlı gözləntilərini bölüşüb.
 
Matc.az xəbər verir ki, bu barədə futbolçu GQ-yə açıqlama verib:
 
“Düşünürəm ki, əgər futbolçular öz çıxışlarından razı olsalar, bu, Almaniya komandası üçün uğurlu olar. Bəli, sonda önəmli olan nəticədir. Ancaq 1/4 finalda güclü rəqibə qarşı gözəl oyun keçirib uduzsaq, bununla yaşaya bilərəm, çünki idman belə işləyir. Təbii ki, çempionluq bizim əsas məqsədimizdir.
 
Bir Almaniya vətəndaşı olaraq belə böyük yarışmada qonaqpərvərliyimizi nümayiş etdirə bilsək, şad olaram. Stadionlarda olan insanlar turnirdən sonra evlərinə xoşbəxt qayıtsınlar və Almaniyada böyük təcrübə keçirsinlər”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest