“Bavariya” Alfonso Devisin mövsümün sonunda komandadan ayrılması ilə barışıb. Matc.az xəbər verir ki, Almaniya nəhəngi artıq indidən yeni sol cinah müdafiəçisi axtarışına başlayıb.
 
Devisin yayda “Real”a transfer edilməsi gözlənilir. Maraqlıdı ki, münhenlilər bu boşluğu məhz “kral klubu”nun oyunçusu Ferlan Mendi ilə doldurmağı planlaşdırır. Bundesliqa təmsilçisi yayda Devislə Mendinin dəyişdirilməsini təklif edəcək.
 
Qeyd edək ki, Ferlan Mendi ilə “Arsenal” da maraqlanır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest