“İnter Mayami”nin hücumçusu Luis Suares komanda yoldaşı Lionel Messiyə digər futbolçulardan daha çox assist edib. Matc.az xəbər verir ki, uruqvaylı forvard MLS çərçivəsində “Neşvill” ilə qarşılaşmanın 11-ci dəqiqəsində argentinalıya hesabı bərabərləşdirməyə köməklik göstərib.

Bu, Suaresin Messiyə 50-ci məhsuldar ötürməsidi. İndiyə qədər heç bir oyunçu karyerası ərzində Messiyə bu qədər assist etməmişdi. Hücumçular “İnter Mayami”yə qədər “Barselona”da da birgə çıxış ediblər.

Qeyd edək ki, “İnter Mayami” rəqibini 3:1 hesabı ilə məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest