"Real"ın müdafiəçisi Naço Fernandes "İnter"in hədəfinə çevrilib.
 
Matc.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
 
Daha əvvəl 34 yaşlı futbolçunun yayda "Real"ı tərk edəcəyi məlum olub. Onun müqaviləsi başa çatır və tərəflərin sözləşməni yeniləmək fikri yoxdur. Madrid təmsilçisinin yetirməsi artıq klub rəhbərliyini ayrılmaq qərarı ilə bağlı xəbərdar edib.
 
"İnter" təcrübəli oyunçu ilə müqavilə bağlamaqda maraqlıdır, lakin bu, asan olmayacaq. Naço bütün variantları, o cümlədən xaricdən gələn təklifləri nəzərdən keçirmək istəyir. Neradzurrilər ötən il də Naço ilə maraqlanırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest