“Mançester Yunayted”in hücumçusu Markus Reşford AVRO-2024-ü buraxa bilər. Matc.az xəbər verir ki, buna səbəb forvardın əvvəlki formasından uzaq olmasıdı.

Üstəlik, onun yer aldığı mövqedə rəqabət güclüdü. Belə ki, Fil Foden, Cek Qriliş (hər ikisi “Mançester Siti”), Bukayo Saka (“Arsenal”) və Koul Palmer (“Çelsi”) kimi oyunçular qitə birinciliyinə vinger kimi yollanmağa əsas namizədlərdi.

Baş məşqçi Qaret Sautqeyt vəziyyət bu cür davam edərsı, Reşfordla müqayisədə digərlərinə üstünlük verəcəyini futbolçunun özünə çatdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest