Millətlər Liqasında Azərbaycan yığması ilə eyni qrupda yer alan Slovakiya yığması iki yoldaşlıq görüşü keçirəcək. Matc.az xəbər verir ki, komanda AVRO-2024 öncəsi iyunda gücünü son dəfə sınayacaq. Françesko Kaltsonanın kollektivi ilk olaraq iyunun 5-də San Marinonu sınağa çəkəcək.

Millətlər Liqasında Azərbaycan yığması ilə eyni qrupda yer alan Slovakiya yığması iki yoldaşlıq görüşü keçirəcək. Matc.az xəbər verir ki, komanda AVRO-2024 öncəsi iyunda gücünü son dəfə sınayacaq.

Françesko Kaltsonanın kollektivi ilk olaraq iyunun 5-də San Marinonu sınağa çəkəcək. Bu matç Avstriyada baş tutacaq. Slovakiya iyunun 9-da isə Trnavada Uelslə qarşılaşacaq.

Qeyd edək ki, Slovakiya Millətlər Liqasında Azərbaycan millisi ilə sentyabrın 8-də evdə, oktyabrın 14-də isə səfərdə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest