Premyer Liqanın XXV turunda “Sabah”a 0:2 hesabı ilə uduzan “Araz-Naxçıvan”da istirahət başa çatıb. Matc.az xəbər verir ki, komanda bu gündən məşqləri bərpa edib.

Bakı Olimpiya Stadionunda baş tutan hazırlıq prosesində yüngül zədəsi olan iki oyunçu iştirak etməyib. Bunlar Aksel Nqando və Orxan Əliyevdi. Hər iki futbolçunun “Turan Tovuz”la qarşılaşmada iştirakı sual altındadı.

Qeyd edək ki, “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu martın 10-da Tovuz şəhər stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest