"Real” Çempionlar Liqasının qrup mərhələsinin yekunlarına görə pul mükafatına görə birinci olub.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Madrid klubunun gəliri demək olar ki, 79,9 milyon avro olub. Çempionlar Liqasının qrup mərhələsində ən çox pul mükafatını "Real" qazanıb. “Real” qrup mərhələsində iştiraka görə 15,6 milyon, 1/8 finala çıxmaq üçün 9,8 milyon, qrupda 6 oyunda qalib gəlməyə görə 16,8 milyon, klub reytinqi əsasında ən azı 36,8 milyon qazanıb.

İlk üçlüyə həmçinin “Bavariya” (76,6 milyon) və “Mançester Siti” (76,4 milyon) klubları daxil olub. Çempionlar Liqasında mükafat pullarına görə ilk beşliyi 71 milyondan bir qədər çox qazanan "Barselona" və "Atletiko" tamamlayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest