“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Leyspiq”lə oyunun sonunda (3:2) görüş haqda danışıb.

Matc.az xəbər verir ki, o bu barədə yerli mətbuata açıqlama verib: “Həm açıq, həm də özəl olaraq, mən oyunçularıma mənfi şeylərdən 1000 dəfə çox müsbət şeylər dedim. Mən dürüst idim və ona görə dediklərimi dedim. Bəlkə də uduzsaydıq, başqa cür deyərdim. Amma biz qalib gəldik və o an mənim hisslərim belə idi. Artıq dekabrdır. Mövsümün sonuna yaxınlaşırıq. Mən hamıdan razıyam. Bilirəm ki, əllərindən gəlləni edirlər”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest