Almaniyanın 17 yaşadək futbolçulardan ibarət komandası dünya çempionu olub.

Matc.az xəbər verir ki, finalda almanlar fransalı həmyaşıdlarına qalib gəliblər. Matçın əsas vaxtı heç-heçə (2:2) başa çatıb. 51-ci dəqiqədə Paris Brunner və Noa Darveyxin qolları sayəsində almanlar 2:0 öndə olsalar da, qələbəni əldən verdilər. 53-cü dəqiqədə Simon Boisbre fərqi azaltdı. Daha sonra 69-cu dəqiqədə  Osave Almaniya millisinin heyətində qırmızı vərəqə alıb. Fransa 85-ci dəqiqədə məğlubiyyətdən xilas olub. Mathis Amuqu qol vurub. Penaltilər seriyasında Almaniya millisinin futbolçuları daha dəqiq olub (4:3). Almanlar tarixdə ilk dəfə gənclər arasında dünya çempionatının qalibi olublar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest