“Milan"ın keçmiş hücumçusu Zlatan İbrahimoviç tezliklə kluba qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. İsveçli ilə məşqçi müqaviləsi imzalanmalıdır. Mənbə onun hansı vəzifələri daşıyacağını dəqiqləşdirməyib. Bundan əvvəl mətbuatda isveçlinin müşavir vəzifəsini tutmalı olacağı barədə məlumatlar yayılmışdı.

Xatırladaq ki, Zlatan futbolçu karyerasını 2023-cü ilin iyununda başa vurub. "Milan"la 2021-2022 mövsümündə A Seriyasının qalibi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest