27 Noyabr 2023, 09:55
FUTBOL
Şahin Diniyevin yetirmələri əvvəlki 13 matçda 22 qola seviniblər. Komanda mövsümün startındakı qollu oyunlar sayında son 23 mövsümün rekordunu təkrarlayıb.
Premyer Liqanın XIV turunda “Kəpəz”lə 0:0 hesablı heç-heçə edən “Səbail”in seriyası qırılıb. Matc.az xəbər verir ki, qəsəbə təmsilçisi mövsümün ilk 13 görüşündən sonra ilk dəfə rəqib qapısına yol tapa bilməyib.
Şahin Diniyevin yetirmələri əvvəlki 13 matçda 22 qola seviniblər. Komanda mövsümün startındakı qollu oyunlar sayında son 23 mövsümün rekordunu təkrarlayıb.
“Neftçi” 2018-19, “Zirə” 2021-22, “Qarabağ” 2022-23 mövsümündə ilk 13 matçda ardıcıl qol vurmağı bacarıb.
31 illik çempionat tarixində yalnız iki komanda daha uzun seriya yaxalayıb. Bunlar “Kəpəz” və “Neftçi”di. Gəncəlilər 1993-94, bakılılar isə 2000-01 mövsümündə startda ardıcıl 14 oyunda qol vura bilib. “Səbail” isə tarixin 3-cü nəticəsinə imza atıb.












